RU

Bakıda torpaq qiymətləri 2025-ci ilin iyulunda artdı – Səbail rayonunda 29% bahalaşma

Finss.az - 2025-ci ilin iyul ayında Bakının torpaq bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib.

Azərbaycanın paytaxtında torpaq sahələrinin orta qiymətləri hər rayonda artaraq bazarda davamlı tələbin və investisiya aktivliyinin göstəricisinə çevrilib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İctimai Birliyinin sədri Vüqar Orucun məlumatına görə, ən yüksək qiymət artımı Səbail rayonunda qeydə alınıb. Səbaildə bir sot torpağın orta qiyməti 431 743 manat təşkil edib ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə 29% artım deməkdir.

Yasamal rayonu da qiymət artımı baxımından ön sıradadır. Burada torpağın orta qiyməti 206 620 manata yüksələrək illik müqayisədə 26% artıb. Nərimanov və Nəsimi rayonlarında isə müvafiq olaraq 14% və 21% qiymət artımı müşahidə olunub. Bu rayonlarda torpaq sahələrinin orta qiymətləri 302 671 və 298 028 manat təşkil edir.

Digər rayonlarda da torpaq qiymətləri yüksəlməyə davam edib. Xətai rayonunda qiymət artımı 12% olub və bir sot torpaq 237 321 manata bərabərdir. Nizami rayonunda isə illik artım 19%-dir və orta qiymət 65 233 manat təşkil edir. Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Qaradağ və Pirallahı rayonlarında da qiymət artımları 7-14% arasında dəyişir.

Bakının rayonları üzrə torpaq qiymətləri və artım faizi (2024-2025 iyul):

Rayon 2024 (manat) 2025 (manat) Artım (%)
Səbail 335 252 431 744 29%
Yasamal 164 502 206 620 26%
Nəsimi 247 310 298 029 21%
Nərimanov 266 407 302 672 14%
Nizami 54 915 65 234 19%
Binəqədi 48 859 55 831 14%
Xətai 211 125 237 322 12%
Sabunçu 42 577 47 192 10.8%
Suraxanı 23 568 25 971 10%
Xəzər 23 764 26 570 12%
Qaradağ 14 202 15 214 7%
Pirallahı 8 575 9 266 8%

Ekspertlər bildirirlər ki, Bakının torpaq bazarında qiymət artımı əsasən mərkəzi və prestijli rayonlarda daha intensiv gedir. Bu da əmlak sektoruna marağın artması və investisiya imkanlarının genişlənməsi ilə bağlıdır. Analitiklər yaxın gələcəkdə torpaq qiymətlərində artım tempinin davam edəcəyini proqnozlaşdırırlar.

© trend

Əlavə bax: Bitcoin və Ethereum qiymət rekordlarını yenilədi

Избранный
31
39
fins.az

10Источники